Close

MENYU

(+994 12) 520-85-79;
(+994 55) 218-58-98 / 485-68-44

Email:

Qapı Çətirləri

Qapıların üzərində çətirlər tikdiyiniz evin vizit kartı kimi bir eydir. Bu həm praktik, həm də gözəl bir hissədir.

İstənilən həyət evində yaşayanlar qapı çətirlərinin vacibliyini anlayırlar. Axı yağmurlu havada qapı çətirinin olmadığı evin qapısı önündə dayanaraq açar axtarmaq elə də xoş təəssürat deyil. Bu xüsusilə də açarları çantalarında axtaran xanımlar üçün önəmlidir. Ancaq qeyri-sabit havada qapı çətirinin altında dayanaraq açar axtarmaq daha zövqlü bir işdir. Qapının üzərində quraşdırılan çətirlər olduqca funksional konstruksiyaya malikdir. Rahatlıqla yanaşı, evin xarici görkəminə xüsusi bir gözəllik bəxş edir.

Polikarbonatdan olan qapı çətirləri kifayət qədər günəş şüası buraxır. Bununla belə, Günəşin yandırıcı işığından da qorunmaq olur. Polikarbonat çətirlər Günəş şüasının 35%-ni buraxaraq həm işıqlı bir məkan təmin edir, həm də yandırıcı istidən qoruyur. Müştərinin istəyindən asılı olaraq çətirlərin örtüyünü başqa materiallardan da etmək mümkündür.

Qapı çətirləri eviniz və ya ofisiniz üçün tək bəzək elementi deyil, eyni zamanda yağışdan, qardan və günəş şüasından qorunmaq vasitəsidir. Çəkisinin az olması və sadə konstruksiyası quraşdırmanı da asanlaşdırır. Qapı çətirinin komplektasiyasına instruksiya və digər lazımi elementlər daxildir.

Aşağıdakı fotolarda bizim istehsal etdiyimiz qapı çətirlərinin bəzi nümunələrini görə bilərsiniz. Müştərinin arzusundan asılı olaraq istənilən dizaynda qapı çətirləri hazırlayırıq.

Sifariş vermək üçün əlaqə telefonu: 055 485 68 44

Bu qalereyadakı cəmi şəkil sayı - 29